ABŞ ın beyin mərkəzi Rusiyanın 4 illik itkilərini elan etdi

28.01.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Amerikanın CSIS beyin mərkəzi tammiqyaslı müharibənin başlanğıcından bəri Ukrayna və Rusiyanın ümumi itkilərini qiymətləndirib.

Bakupost.az xəbər verir ki, hesabata görə, Ukrayna ordusunun ümumi itkiləri - ölən, yaralanan və itkin düşənlər - 500.000 ilə 600.000 arasındadır.

Ukrayna ordusunda ölənlərin sayının 100.000-140.000 arasında olduğu ehtimal edilir.

Rusiyanın itkilərinin isə 1,2 milyona çatdığı təxmin edilir, həlak olanların sayının isə 325 min olduğu düşünülür.

Hesabat açıq mənbələr əsasında hazırlanıb.

Hesabatda qeyd olunub ki, İkinci Dünya müharibəsindən bəri heç bir dövlət silahlı münaqişədə oxşar itkilərə məruz qalmayıb.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью