ABŞ ın blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi İran limanına çatıb

21.06.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanına lövbər salıb.

"Report" xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, artıq gəminin boşaldılmasına başlanılıb. Əsas yük avtomobillər üçün ehtiyat hissələrdən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью