ABŞ ın BMT yə ümumi borcu 2,8 milyard dollardır Doğru Xəbərlər

22.01.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Birləşmiş Ştatların BMT-yə borcu 2,8 milyard dollar təşkil edir, BMT baş katibinin daimi nümayəndəsinin müavini Farhan Haq deyib.

O, ABŞ-ın BMT-nin əsas büdcəsinə borcunun 1,5 milyard dollar olduğuna aydınlıq gətirib.

“Əsas büdcəni, sülhməramlı missiyalar və tribunallar üçün büdcəni nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, – TASS ondan sitat gətirir.

Əvvəllər bildirilmişdi ki, yanvarın 21-dən ABŞ Maliyyə Nazirliyi dövlət borcunun maksimum səviyyəsinə görə defoltdan qaçmaq üçün tədbirlər görməyə başlayacaq.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью