Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 9 iyun, AZƏRTAC
ABŞ-ın Boston şəhərində də etiraz aksiyası keçirilib.
AZƏRTAC-ın məlumatına görə, yüzlərlə insan Los-Ancelesdə Milli Qvardiya əsgərlərinin yerləşdirilməsinə və Həmkarlar İttifaqının lideri David Huertanın saxlanmasına etiraz etmək üçün Boston şəhərində meriyanın meydanına toplaşıblar.
İnsanlar əllərində “Massaçusets Los-Ancelesdəki qonşularımızla birlikdədir” və “İmmiqrant qonşularımızı qoruyun” sözləri yazılmış lövhələr tutublar.
Etirazçılar aksiyaları dayandırmaq üçün Prezident Trampı hərbçilərin yerləşdirilməsi planlarınından əl çəkməyə çağırıblar.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton