Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. ABŞ prezidenti Donald Tramp müdafiə sahəsində böyük planını açıqlayıb.
Tramp bəyan edib ki, ABŞ İsraildəki "Dəmir qübbə"yə bənzər "Qızıl qübbə" müdafiə sisteminə sahib olmalıdır.
ABŞ mediası isə Çin, Rusiya, İran və Şimali Koreyadan gələ biləcək təhdidlərə qarşı "Qızıl qübbə" sisteminin vacibliyini müdafiə edib.
Qaynarinfo xəbər verir ki, ABŞ-da ikinci dəfə prezident kreslosuna əyləşən Donald Tramp keçirilən birgə iclasda ilk dəfə Konqresə müraciət edib.
Senat və Nümayəndələr Palatasının üzvlərinə səslənən Tramp ABŞ-ın İsrailin "Dəmir qübbə" sisteminə bənzər müdafiə sistemi quracağını bildirib.
Tramp "Qızıl qübbə" adlandırdığı raketdən müdafiə sistemi ilə bağlı bunları deyib: "Məqsədim dünyanın ən güclü ordusunu yaratmaqdır.
Vətənimizi qorumaq üçün Konqresdən ABŞ istehsalı olan son texnologiyalı "Qızıl qübbə" raketdən müdafiə sistemini maliyyələşdirməsini istəyirəm".
Tramp 1983-cü ildə irəli sürülən və ABŞ-ı mümkün raket hücumlarından qoruyacağı iddia edilən Strateji Müdafiə Təşəbbüsünü (SMT) xatırladaraq, sabiq prezident Ronald Reyqan tərəfindən açıqlanan kosmos əsaslı müdafiə sisteminə toxunub: "Prezident Ronald Reyqan nüvə hücumlarına qarşı effektiv müdafiə qurmağa çalışmışdı.