Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Avropada ABŞ-Rusiya münasibətlərindən siyasi tarazlığını itirən qüvvələr nəyin vaş verdiyini hələ anlamaqda çətinlik çəkirlər.
Ukraynanı meydanda tək buraxan Amerika Kiyevə bütün yardımları dayandırıb.
Avropa isə Ukraynanı dəstəkləməkdə israrlıdır və bu siyasi kursu davam etdirir.
Eyni zamanda Avropa liderlərinin bəyanatları dünya üçün də ciddi təhdid yaradır.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Makronun nüvə silahları ilə bağlı açıqlaması Rusiyanı qıcıqlandırır: Tural İsmayılov “Hazırkı hadisə uzun illər formalaşan Qərb siyasi strukturlaşmasını dağıda bilər.
Eyni zamanda ənənəvi Avropa-ABŞ ittifaqında yaranan siyasi düşüncə aradan qalxmaq üzrədir.
Bu fonda ABŞ-ın hazırkı rəhbərliyinin aldığı qərarlar, ortaya qoyduğu mövqe vəziyyətin daha da ciddiləşməsinə səbəb olur.