ABŞ ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub

14.06.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ-ın Cənubi Karolina ştatının Qrinvill şəhərində yerləşən ticarət mərkəzində atışma baş verib.

Bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində azı iki nəfər xəstəxanaya çatdırılıb.

Polis bir neçə şübhəlini saxlayıb.

Hüquq-mühafizə orqanlarının ilkin versiyasına əsasən, insident mübahisə zəminində başlayıb və sonradan silahlı qarşıdurmaya çevrilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью