ABŞ ın Cənubi Qafqazda 3+3 əvəzinə, 3+1 format təklifini irəli sürməsi regiona daxil olmaq cəhdidir

21.02.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ağ Ev "3+3" əvəzinə, Cənubi Qafqaz ölkələri və Amerika administrasiyası nümayəndəsinin daxil olacağı "3+1" formatının yaradılmasına çalışıb". Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb. Nazir bildirib ki, ABŞ-ın əvvəlki administrasiyası "3+3" formatı əvəzinə Cənubi Qafqaz ölkələri və sabiq prezident Cozef Baydenin administrasiyası nümayəndələrinin daxil olacağı "3+1" formatını irəli sürməyə çalışıblar. Lavrov həmçinin vurğulayıb ki, son görüşdə bu məsləhətləşmə platformasını daha strukturlaşdırılmış təşkilata çevirmək barədə qərar qəbul edilib.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "3+3" regional problemlərin və inkişafın idarə olunması üçün platformadır (Türkiyə-Rusiya-İran) + (Azərbaycan-Gürcüstan-Ermənistan) və bu format "3+1" olarsa; Bu tənlikdə (ABŞ)+(Azərbaycan-Ermənistan-Gürcüstan) tənliyini təmsil edir: "Türkiyə, İran və Rusiya "3+3" bərabərliyində olduqda, bölgədəki inkişaflar yenidən bu bölgənin böyük dövlətlərinin idarəsi altındadır".

Kərəm Qarabulud

Kərəm Qarabulud qeyd edib ki, ancaq ABŞ bu bərabərliyə hakim olaraq digər 3 ölkəni sıradan çıxarmaq istəyir və bunun bir neçə səbəbi ola bilər.

“İrana qarşı həyata keçiriləcək tətbiqlərdə İranın təsir dairəsini daraltmaq, Türkiyə-Azərbaycan həmrəyliyini pozmaq, Rusiyanın regiondakı təsirini azaltmaq, ABŞ-ın Qafqaz ölkələri üzərində hökmranlığını artırmaq, müsəlman ölkələrinin regionda və dünyada baş verən hadisələrə reaksiya gücünü azaltmaq, uzun müddətdə siyasi və iqtisadi qazanc əldə etmək, həmçinin bu və ya digər səbəblər ola bilər. Səbəbi nə olursa olsun, Birləşmiş Ştatlar regional ölkələrin müstəqil qərarlarına və onların regional sabitliyinə, inkişafa yönəlmiş təcrübələrinə hörmət etməlidir"-deyən professorun fikrincə, əks təcrübələr regionda qeyri-sabitliyə səbəb ola bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью