Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə təzyiq göstərmək fikrində deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” nəşri Avropadakı mənbələrə istinadən yazıb.
Bildirilib ki, Ağ Ev sahibi Ukraynada sülhdən çox, münasibətlərin yenidən qurulmasını istəyir:
“Tramp çətin seçim qarşısında qalıb. O, ya Ukrayna problemini həll etməlidir, ya da Rusiya ilə əlaqələrə diqqət yetirməlidir. Lakin Ağ Ev rəhbəri münaqişəyə müdaxilə edərsə, Putinlə potensial münasibətləri zədələyə bilər”, – mənbə qeyd edib.
Xatırladaq ki, bundan əvvəl D.Tramp Ukraynaya raket hücumlarına görə Putini “dəli” adlandırmışdı.
Əliyar Xəlil
Globalinfo.az