ABŞ ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır

30.08.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın “Covenant” müdafiə şirkəti 2027-ci ildən etibarən Almaniyanın Leypsiq şəhəri yaxınlığında orta mənzilli raketlərin istehsalına başlamağı planlaşdırır.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, raketlərin uçuş məsafəsi 1 500 kilometrdən çox olacaq və istehsal gücü ildə 1 000 raketə çata bilər.

Şirkət ABŞ-a məxsus olsa da, layihədə istifadə olunacaq komponentlərin böyük hissəsinin Almaniya və digər Avropa ölkələrindən tədarük ediləcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью