Icma.az, Sia Az saytına istinadən bildirir. "İndi olduğu qədər, illər ərzində də Azərbaycanın yanaşması aydın idi.
Himayərdarlarının narahatlıq keçirdiyi Ermənistanın aqibəti, regionla bağlı planlaşdırılan layihələrdə qarşıda duran məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi idi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu işdə prinsipiallıq nümayiş etdirdi".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, ərazi bütövlüyü və suverenlik təmin edildikdən sonra Azərbaycanın sülh təşəbbüslərini dərhal iləri sürməsi və əməkdaşlıq platforması təqdim etməsi həm yanaşmamımızın, həm də reallıqları aydın dərk etməyimizin göstəricisi idi: "Bu istiqamətdə dövlət başımızın fikirlərinin ana xətti ondan ibarət idi ki, Azərbaycan xarici siyasətinin əsasını region ölkələri ilə əməkdaşlıq tutur.
Reallıqların qəbul edilməsinə paralel və ondan sonra regiondan kənar aktorlar da sərmayə qoyulması üçün maraq göstərdi, yaranan imkan və fürsətlər dəyərləndirilərkən ancaq siyasi və iqtisadi dividentlərin artan tempi üzə çıxdı.
Məhz buna görə də Azərbaycanın sülh yaratmaq təşəbbüsünə dəstək gəldi, bütün dünya tərəfindən bu təşəbbüslər təqdir olundu.
Hadisələr o qədər dəqiqliklə icra edildi ki, Ermənistan da işlərin icrası ilə bağlı dəfələrlə razılıqlarını, minnətdarlıqlarını ifadə edirlər.
Bu dəfə də Ermənistanın Prezidenti Vaaqn Xaçaturyan cənab Prezident İlham Əliyevə siyasi iradəsinə və regionda sülhə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür etdi.