ABŞ ın ən böyük banklarının fəaliyyətində problemlər yaranıb

17.11.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ-ın bir neçə iri bankının müştəriləri bank xidmətlərindən istifadə zamanı texniki problemlərlə üzləşiblər.

“Downdetector” portalının məlumatına görə, “J.P. Morgan”, “Bank of America”, “Wells Fargo”, “Chase Bank” və “US Bank” ilə bağlı çoxsaylı şikayətlər qeydə alınıb.

Ümumilikdə bank xidmətlərinin fəaliyyətindəki problemlərlə əlaqədar 7,2 mindən çox müraciət daxil olub.

Ən çox şikayət “Chase Bank”ın fəaliyyəti ilə bağlı qeydə alınıb. Bu bank üzrə müraciətlərin sayı 4,4 mini ötüb.

İstifadəçilər əsasən bank əməliyyatlarının həyata keçirilməsində çətinliklər yarandığını və hesablardakı vəsaitlərin düzgün əks olunmadığını bildiriblər.

Problemlərin səbəbləri və xidmətlərin nə vaxt tam bərpa ediləcəyi barədə hələlik məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью