ABŞ ın əsas hədəfi İrandır: yaxın gələcəkdə… Hersoq

22.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

ABŞ-ın yeni Prezidenti Donald Trampın ən yaxın gələcək üçün gündəminin əsas məsələsi İran olacaq və bu, müzakirə olunmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq deyib.

“İranın nüvə potensialı ola bilməz və onun proksilərinə və "şər oxuna" son qoyulmalıdır”, - İsrail prezidenti Davos Forumunda mediaya açıqlamasında bildirib.

O qeyd edib ki, Tehrandakı rejim indi də günbəgün işləyir:

“Onlar bombaya doğru (nüvə silahı nəzərdə tutulur – red.) tələsirlər və təbii ki, onlar bütün dünyada və regionumuzda davamlı olaraq terror aktları planlaşdırırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью