ABŞ ın flaqman gəmisi Litva limanına daxil olub

23.06.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının flaqman komanda gəmisi "Mount Whitney" planlı səfər çərçivəsində Litvanın Klaipeda dəniz limanına daxil olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Vilnüsdəki səfirliyi məlumat yayıb.

​Litva limanında olduğu müddətdə gəminin heyəti ilə Litva HDQ-nin və liman şəhərinin bələdiyyə nümayəndələri arasında görüşlər keçiriləcək. Məlumatda bildirilir ki, "dənizdə koordinasiya və hərbi dəniz qüvvələrinin qarşılıqlı fəaliyyəti məsələləri müzakirə olunacaq".
​"Mount Whitney" donanmanın rəhbərliyini və Avropadakı əməliyyatların idarə olunmasını təmin edir.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью