ABŞ ın Hindistandakı səfiri yeni dövlət katibi ola bilər

05.11.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, Hindistandakı səfiri Serxio Qor administrasiyada yüksək vəzifəyə, o cümlədən dövlət katibi və ya Ağ Evin aparat rəhbəri postuna təyin oluna bilər.

Bu barədə “The Washington Sun” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Qor ABŞ prezidenti Donald Trampın yaxın çevrəsində yüksək vəzifələrə mümkün namizəd kimi nəzərdən keçirilir. Onun hazırkı dövlət katibi Marko Rubionu əvəz edə biləcəyi istisna olunmur.

Qeyd edək ki, 1986-cı ildə Daşkənddə anadan olan Qorun əsl adı Sergey Qoroxovskidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью