ABŞ ın ilk müsəlman senatoru müdafiə nazirinin istefasını tələb etdi

11.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ tarixində ilk müsəlman senator seçilən misirəsilli Əbdül əl-Sayed müdafiə naziri Pit Heqseti İranla müharibəni uğursuz idarə etməkdə ittiham edərək istefaya çağırıb.
Bizim.Media xəbər verir ki, Sayed CNN telekanalına açıqlamasında Heqsetin vəzifəsinin öhdəsindən gələ bilmədiyini və müharibədə hansı məqsədi güddüyünün aydın olmadığını bildirib.
Qeyd edək ki, respublikaçı konqresmen Tomas Massi daha əvvəl Heqsetin impiçmenti ilə bağlı 8 maddədən ibarət təklif təqdim edib.
Lakin noyabrın 10-da ABŞ Nümayəndələr Palatası müdafiə nazirinin vəzifədən kənarlaşdırılmasına yönələn impiçment təşəbbüsünün qarşısını alan qərarı 211 lehinə, 204 əleyhinə səslə qəbul edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью