Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
ABŞ-ın ilk müsəlman senatoru Əbdül Əl-Sayed tərəfdarları qarşısında çıxışı zamanı vitse-prezident Cey Di Vensə ərəbcə çağırış edib.
Bizim.Media xəbər verir ki, Sayed Vensə “habibi” (ərəb dilində əzizim deməkdir – red.) deyə müraciət edib.
“Gələn ilin yanvarında Konstitusiyaya əsasən mənim andiçmə mərasimimi idarə etməli olacaqsan. Bu, maraqlı ironiyadır. Trampa gəldikdə isə — bilirəm ki, adımı tələffüz etməkdə çətinlik çəkirsən. Ona görə də Cey Di Vens andımı qəbul etdikdən sonra mənə sadəcə "Senator" deyə müraciət edə bilərsən”.
Qeyd edək ki, Donald Tramp əvvəlki çıxışlarında Əl-Sayedi hədəfə alaraq ona qarşı qarayaxma kampaniyası aparırdı. Tramp onu "amansız, zorakılığa meylli, cihadçı..." adlandırmışdı.
Bizim.Media