ABŞ ın İran əməliyyatında yaralanan hərbçilərinin sayı...

27.07.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyat zamanı yaralanan amerikalı hərbçilərin sayı 624 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti Pentaqona istinadla məlumat yayıb.

“Pentaqon itkilərlə bağlı statistikanı iki dövr üzrə: hərbi əməliyyatın fevralda başlamasından etibarən və münaqişənin yeni eskalasiya mərhələsinin başladığı 7 iyul tarixindən sonrakı dövr üzrə təqdim edib. İyulun 7-dən etibarən 207 amerikalı hərbçi yaralanıb. Münaqişənin başlanmasından bəri yaralanan ABŞ hərbçilərinin ümumi sayı isə 624 nəfərə çatıb”, - məlumatda deyilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью