ABŞ ın İran müharibəsinə xərcləri 38 milyard dollara çatıb

16.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın İranla müharibəyə beş ay ərzində çəkdiyi xərclər 38 milyard dollara çatıb.

"Bloomberg" xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) hesabatında məlumat verilib. Hesabatda müharibənin ölkədə inflyasiyaya təsiri ilə bağlı hökumətin ilk qiymətləndirmələri də açıqlanıb.

CBO-nun hesablamalarına görə, enerji daşıyıcılarının tədarükündə yaranan problemlər səbəbindən 2027-ci ilin əvvəlində ABŞ-da Federal Ehtiyat Sisteminin izlədiyi əsas inflyasiya göstəricisi fevral ayında verilmiş proqnozla müqayisədə 0,5 faiz bəndi yüksək olacaq.

Hesabatda qeyd edilir ki, buna əsas səbəblərdən biri Hörmüz boğazından neft və təbii qaz daşımalarının pozulmasıdır. Bu vəziyyət enerji qiymətlərinə təzyiqi artıraraq ABŞ iqtisadiyyatında inflyasiya gözləntilərinə təsir göstərir.

Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza PCE indeksi üzrə inflyasiyanın da əvvəlki proqnozdan 0,3 faiz bəndi yüksək olacağı gözlənilir.

CBO-nun hesablamasına görə, müharibə davam edərsə, ABŞ-ın hərbi xərcləri ayda daha 2–3 milyard dollar arta bilər. Hesabatda qeyd olunur ki, hesablamalara müharibənin bəzi uzunmüddətli xərcləri və gələcək hərbi əməliyyatların mümkün nəticələri daxil edilməyib.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью