ABŞ ın İrana hücum ssenarisi: Rusiya yardım edəcək?

08.04.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiya ABŞ-ın hücumu zamanı İrana kömək etməyə məcbur deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Belə bir ssenari baş verərsə, Rusiyanın hərbi yardım göstərmək borcu yoxdur. İran və Rusiyanın imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsində hərbi ittifaq haqqında razılaşma yer almır”.

Qeyd edək ki, bu gün Dövlət Duması Rusiya və İran arasında bu ilin yanvarın 17-də imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini ratifikasiya edib.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью