Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“ABŞ-ın İrana hava hücumları qaçılmaz deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (SSJ) qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Pentaqon İranın cavab zərbəsi və potensial uzunmüddətli münaqişə halında İsraili, Amerika qoşunlarını və ərəb müttəfiqlərini qorumaq üçün əlavə hava hücumundan müdafiə vasitələri yerləşdirir. Əgər əmr bu gün verilərsə, ordu İrana qarşı yalnız məhdud hava hücumları həyata keçirə biləcək. Lakin ABŞ Prezidenti Donald Trampın çağırış etdiyi qətiyyətli bir zərbə üçün Vaşinqton güclü hava hücumundan müdafiə sistemi qurmalıdır”, – deyə nəşr yazıb.
Dövlət Departamentinin keçmiş rəsmisi və İran üzrə ekspert Syuzan Meloni bildirib ki, hava hücumundan müdafiə əsas məsələdir:
“Bu, bölgədəki qoşunlarımızı və obyektlərimizi İranın hər hansı bir cavab tədbirindən qorumaq üçün mühümdür”.
Əliyar Xəlil
Globalinfo.az