ABŞ ın İrana hücumu ən böyük neft böhranına səbəb olub

01.03.2026

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

ABŞ-ın İrana hücumları son illərin ən böyük neft böhranına səbəb olub.

Reuters agentliyi xəbər verir ki, əsas amil Hörmüz boğazında tıxanma təhlükəsi səbəbindən logistikada yaranan fasilələr olub.

Nəşr qeyd edir ki, infrastruktura fiziki ziyan dəyməsə belə, Fars körfəzində tankerlərin tıxanma riski və ya gəmilərə potensial hücumlar istehsalçıları və treyderləri neft və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması marşrutlarını dəyişdirməyə məcbur edir.

Agentlik qeyd edir ki, bəzi böyük neft şirkətləri və ticarət evləri Hörmüz boğazından daşınmaları bir neçə gündür müvəqqəti olaraq dayandırıblar.

“Regionun dəniz yollarının təhlükəsizliyinə daha çox inam yaranana qədər bu xəbərdarlıq zəifləməyəcək”-Reuters yazır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью