Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin “İsrail Hayom” nəşri ABŞ–İran münasibətlərində artan gərginlik fonunda mümkün ssenarilərlə bağlı məqalə dərc edib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, məqalə nəşrin saytında məlumat dərc olunub.
Bildirilir ki, ABŞ Prezidenti cəmi bir həftə əvvəl verdiyi açıqlamada “İranda yeni liderliyə ehtiyac var” ifadəsini işlədib.
Qeyd olunur ki, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə cəmləşməsi fonunda Tehranda hansı yüksək rütbəli şəxslərin potensial risk altında ola biləcəyi müzakirə edilir.
“İsrail Hayom”un iddiasına görə, mümkün hədəflər siyahısında İranın ali rəhbəri Əli Xamenei, SEPAH-ın yeni komandanı Məhəmməd Pakpur, fövqəladə qərargahın rəhbəri Qulaməli Rəşid, ordu komandanı Əmir Hatəmi, Ordu və SEPAH-ın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, “Bəsic” milis qüvvələrinin komandanı Qulamrza Süleymani, “Qüds” Qüvvələrinin komandanı İsmayıl Qaani və Xameneinin müşaviri Əli Şəmxani yer alır.