ABŞ ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək Xamenei

04.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək.

Axar.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib.

“Partiya dəyişikliyinin ABŞ-ın davranışlarına təsir edəcəyinə hələ də ümid edən və ya güzəştlərin onu düşmənçilikdən uzaqlaşdıra biləcəyinə inanan hər kəs ciddi şəkildə yanılır.

Amerikanın hər hansı bir yeni təcavüzü daha geniş reaksiya doğuracaq. Körfəzdəki, xüsusən də Hörmüz boğazındakı hadisələr Amerikanın məğlubedilməzliyi mifini alt-üst edib və öz xalqından daha çox xarici güclərə güvənən hökumətlərin zəifliyini üzə çıxarıb.

Böyük Şeytanın arzusu İran xalqının qeyd-şərtsiz təslim olmasıdır. Hakim düşmənə təslim olmağa ən kiçik bir meyl belə, şəhidlərin qanı və bütün millətin qurbanları hesabına qazanılan böyük kapitalı məhv edəcək və təkəbbürlü düşməni daha böyük tələblər irəli sürməyə, daha çox müharibə və təcavüzkarlıq hərəkətlərinə başlamağa cəsarətləndirəcək”, - o bildirib.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərində demokratlar böyük üstünlük əldə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью