ABŞ ın İrana zərbələrindən öncə diqqətçəkən gizli görüş iddiası

23.07.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Axios” nəşri İsrailin xarici kəşfiyyat xidməti Mossadın direktoru Roman Qofmanın ABŞ-ın İrana qarşı yeni hücumlarından əvvəl gizli şəkildə Vaşinqtona səfər etdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, nəşrin məsələ ilə tanış olan iki mənbəyə istinadən yaydığı məlumata görə, Qofman səfər çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff və Ağ Ev rəsmiləri ilə görüş keçirib.

Məlumata əsasən, görüşlərdə İranla bağlı hərbi vəziyyət, eləcə də Tehranla aparılan nüvə danışıqları müzakirə olunub. Mənbələr bildiriblər ki, bu təmaslar ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyatlara başlamasından qısa müddət əvvəl baş tutub.

Qeyd olunur ki, Baş nazir Benyamin Netanyahunun yaxın işçi qrupunun üzvü olan Qofman iyun ayında Mossad direktoru vəzifəsinə başladıqdan sonra ABŞ-a ilk rəsmi səfərini həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью