ABŞ ın İrana zərbələrindən sonra İsraildə məhdudiyyətlər sərtləşdirilib

22.06.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail ordusunun arxa komandanlığı ABŞ-ın İrandakı nüvə obyektlərinə endirdiyi zərbələr fonunda əhali üçün məhdudiyyətləri təcili şəkildə gücləndirib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, ordunun mətbuat xidmətindən verilən açıqlamaya görə, İsrail ərazisində küçə toplantıları, bütün təhsil müəssisələrində dərslər və həyati əhəmiyyətli sektorlar istisna olmaqla, əksər müəssisələrin fəaliyyəti növbəti xəbərdarlığa qədər qadağandır.

Bildirilib ki, bu qərar ölkənin müdafiə naziri İsrael Katsın göstərişi ilə verilib. Qərar, bəyanatın dərcindən dərhal sonra qüvvəyə minib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью