ABŞ ın İranın Sirik şəhərinə zərbələri nəticəsində xəsarət alanlar var

01.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İranın cənubundakı Hörmüzgan ostanının Sirik şəhərində yaşayış məntəqəsi ABŞ qüvvələrinin zərbələrinə məruz qalıb.

Bu barədə Sirik rayonunun rəhbəri Rza Şəhidiyan İranın dövlət teleradio şirkətinə bildirib.

“Bu axşam ABŞ qüvvələrinin Kuhestak limanındakı yaşayış məntəqəsinə hücumu nəticəsində bir neçə vətəndaş yaralanıb. Ehtimal ki, ölənlər də var”, – deyə o bildirib.

Məlumata görə, zərbələr zamanı şəhərdə keçirilən toy mərasiminin iştirakçıları mərmi qəlpələrinin ətrafa səpələnməsi nəticəsində xəsarət alıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью