Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Münhen İqtisadi Araşdırmalar İnstitutunun (Ifo) hazırladığı hesabatda bildirilir.
Araşdırmada müharibə başlamazdan əvvəl və sonra Almaniya əhalisinin gəlirləri ilə bağlı proqnozlar müqayisə edilib. Hesablamalara görə, ölkədə ailələrin illik gəliri orta hesabla 1,15 faiz azalacaq.
Lakin gəlir səviyyəsindən asılı olaraq itkilər əhəmiyyətli dərəcədə fərqlənəcək. Ən aşağı gəlirli ailələrin illik gəliri təxminən 2,9 faiz azalacaq. Yüksək gəlirli ailələrdə isə bu göstərici 0,65 faiz təşkil edəcək.
Ifo-nun eksperti Tifeyn Vibo bildirib ki, aztəminatlı ailələr minlərlə kilometr uzaqda baş verən müharibənin yaratdığı qiymət artımının təsirlərindən daha çətin qoruna bilirlər. Nəticədə onların gündəlik alış-veriş imkanları daha çox azalır.
İqtisadçıların fikrincə, ən çox zərər görəcək qruplardan biri də pensiyaçılardır. Onların xərcləri digər qruplarla müqayisədə daha çox arta bilər. Buna səbəb pensiyaçıların vaxtlarının böyük hissəsini evdə keçirməsi və nəticədə elektrik enerjisi və istiliyə daha çox pul xərcləməsidir.
“Bild” qəzetinin Ifo məlumatları əsasında apardığı hesablamalara görə, 16,8 milyard avroluq ümumi itki Almaniyada hər bir ailənin illik gəlirinin orta hesabla 403 avro azalması deməkdir.
Bizimyol.info