ABŞ ın İranla müharibəsinin dəyəri 45,1 milyard dollara çatdı

21.09.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Pentaqon müharibənin dəyəri ilə bağlı son qiymətləndirməsini  Konqresə təqdim edib.

Banco.az xəbər verir ki,  ABŞ-ın İranla müharibəsinin dəyəri 45,1 milyard dollara çatıb.

Pentaqon 3 sentyabr tarixinə müharibənin xərcini 43,6 milyard dollar olaraq qiymətləndirib. Yanacağa əlavə 1,5 milyard dollar əlavə edildikdə, ümumi məbləğ 45,1 milyard dollara çatıb.

Lakin 45,1 milyard dollarlıq rəqəm müharibənin ABŞ büdcəsinə vurduğu ümumi xərcləri əks etdirmir. Pentaqonun hesablamalarına müharibə zamanı zədələnmiş bazaların və binaların təmiri xərcləri daxil deyil.

Bundan əlavə, Konqresin tələb etdiyi kimi, hərbi əməliyyatların dolayı xərclərinin ətraflı təhlili təqdim edilməyib. Buna görə də, açıqlanan rəqəm müharibənin tam iqtisadi və maliyyə yükünü əhatə etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью