Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 1 fevral, AZƏRTAC
ABŞ-ın Karakasdakı yeni səfiri Laura Doqu, təxminən yeddi illik fasilədən sonra diplomatik münasibətləri bərpa etmək üçün Venesuelaya gəlib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Karakasdakı səfirliyi ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında səfir Doqunun Mayketiya Beynəlxalq Hava Limanına gəlişini əks etdirən foto paylaşıb.
Paylaşımda deyilir: "Mən və komandam işə başlamağa hazırıq".
Venesuela xarici işlər naziri İvan Gil Telegram paylaşımında bildirib ki, Doqunun səfəri iki ölkə arasındakı fikir ayrılıqlarının beynəlxalq hüquq və qarşılıqlı hörmətə uyğun olaraq diplomatiya və dialoq yolu ilə həlli üçün vacibdir.
Laura Doqunun Venesuelaya gəlişi iki ölkə arasında 2019-cu ildə kəsilmiş diplomatik münasibətləri bərpa etmək məqsədi daşıyır.