ABŞ ın keçmiş liderləri düzülüb: Trampa yer olmadı FOTO

27.02.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“ABŞ-ın dörd keçmiş prezidentinin barelyefinin həkk olunduğu Cənubi Dakota ştatındakı Raşmor dağında hazırkı lider Donald Tramp üçün yer yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri rus politoloq Aleksey Yaroşenko deyib.

Onun sözlərinə görə, Raşmor dağı “çox kiçikdir” və Trampın təsviri oraya sığmayacaq.

Qeyd edək ki, yanvar ayında Konqresdə Trampın təsvirinin Raşmor dağına əlavə edilməsinə icazə verən qanun layihəsi səsverməyə çıxarılıb.

Bu dağda ABŞ-ın sabiq prezidentləri Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun barelyefləri var.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью