Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Müdafiə naziri Pete Hegseth ilə uzun müddət davam edən gərginlikdən sonra sentyabr ayında istefa verən keçmiş ABŞ ordusunun katibi Den Driskoll OpenAI-da baş məsləhətçi təyin edilib.
CNBC televiziyasının məlumatına görə, OpenAI keçmiş ABŞ ordusunun katibi Den Driskolu "milli təhlükəsizliyin modernləşdirilməsindən məsul olan baş məsləhətçi" təyin edib. Driskoll yeni rolu ilə bağlı açıqlamasında deyib: "Mən ABŞ-a və müttəfiqlərinə bu texnologiyadan məsuliyyətlə istifadə etməyə kömək etmək üçün OpenAI-a qoşuluram". OpenAI-ın baş direktoru Sem Altman Driskollun təyinatından məmnunluğunu ifadə edib.
Altman bildirib ki, "Süni intellekt insanlara öz həyatları üzərində daha çox güc verməlidir və insanlar bu texnologiyanın necə inkişaf etdirildiyinə dair söz sahibi olmalıdırlar".
Yeni vəzifəsində Driscoll, OpenAI-də milli təhlükəsizlik, kibertəhlükəsizlik və müdafiə sahələrində süni intellektin məsuliyyətli istifadəsinin inkişaf etdirilməsinə diqqət yetirəcək. Driscoll Ordunun 26-cı katibi vəzifəsində çalışıb. ABŞ mediası iddia edirdi ki, Hegseth və Driscoll arasında bir neçə məsələdə, o cümlədən bir neçə ordu zabitinin vəzifə yüksəlişinin qarşısını almaq cəhdlərində fikir ayrılıqları olub.
M.MİRZƏ
XQ