ABŞ ın Kiyevdəki səfirliyi vətəndaşlarına təcili xəbərdarlıq etdi

10.05.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına təcili xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, diplomatik nümayəndəlik yaxın günlərdə ciddi hava hücumu təhlükəsi olduğunu bildirib.

Xəbərdalıqda deyilir:

"Biz ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı verildiyi təqdirdə dərhal sığınacaq tapmağı tövsiyə edirik. Təhlükəsiz binalara və lazımi rabitə vasitələrinə çıxışınız olduğundan əmin olun".

Potensial hücumun dəqiq vaxtı və hədəfləri barədə açıqlama verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью