ABŞ ın Kiyevə kəşfiyyat yardımı... Rusiyadan reaksiya

12.10.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əgər ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın enerji obyektlərinə zərbələr endirməkdə yardım göstərməsi ilə bağlı məlumatlar təsdiqlənərsə, ölkənin hava hücumundan müdafiə sistemləri gücləndirilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının müdafiə komitəsi sədrinin müavini Yuri Şvıtkin deyib.

“Bu bəyanatı heç bir halda kiçiltmək olmaz. Görünür, bunun müəyyən əsası var - ya kəşfiyyat məlumatları ilə, ya da bəzi raket komplekslərində ekipaj kimi ABŞ hərbçiləri iştirak edir”, – Şvıtkin qeyd edib.

Qeyd edək ki, “Faynənşl Tayms” nəşri ABŞ-ın artıq bir neçə aydır Ukraynaya Rusiyanın enerji infrastrukturuna, o cümlədən cəbhədən uzaqda yerləşən neft emalı zavodlarına zərbələr endirməkdə kəşfiyyat məlumatları ilə dəstək verdiyi barədə məlumat yaymışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью