Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ ilin sonuna qədər Kubadakı rejimi dəyişdirmək istəyir.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası Kuba hökuməti daxilində ilin sonuna qədər ölkənin kommunist rejimini devirməyə kömək edəcək insanlar axtarır:
“ABŞ Kuba iqtisadiyyatının çökməyə yaxın olduğunu düşünür. Əvvəllər Venesuela adaya neftlə kömək edirdi, lakin Maduronun ələ keçirilməsindən sonra Amerika bu təchizatı kəsmək istəyir. Kubanın neft ehtiyatları həftələr ərzində tükənə bilər və bu da iqtisadiyyatı tamamilə iflasa uğradacaq”.