ABŞ ın məlumatları olmasa, Rusiyanın raketləri... Yançenko

13.10.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın kəşfiyyat məlumatları olmadan Rusiyanın ballistik raketlərinin buraxılışlarını izləyə bilməyəcəyik.

Axar.az xəbər verir ki, bunu Ukrayna deputatı Qalina Yançenko bildirib.

ABŞ-ın Ukraynaya silah tədarükünü nəzərdə tutan PURL proqramını dayandırmaq təhdidlərinə gəlincə, deputat belə bir qərarın ilk növbədə Amerikanın özünə zərər vuracağını bildirib. Onun sözlərinə görə, bu halda ABŞ-ın silah istehsalçıları kifayət qədər böyük bazarı itirəcəklər. Çünki Ukraynanın, xüsusilə hava hücumundan müdafiə sistemləri üçün sursat istehlakı dünyada ən yüksək səviyyədədir.

Kəşfiyyat məlumatlarının ötürülməsinin mümkün dayandırılmasından danışan deputat xatırladıb ki, ABŞ prezident administrasiyası tərəfindən bu cür “şantaj” halları əvvəllər də baş verib.

Deputatın sözlərinə görə, rusların ballistik raketlərinin buraxılışlarını faktiki olaraq yalnız ABŞ-ın peyk sistemləri vasitəsilə izləmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью