Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“SS United States” adlı məşhur gəmi Florida sahillərində batırılaraq dünyanın ən böyük süni sualtı rifinə çevriləcək.
APA xəbər verir ki, vaxtilə dünyanın ən sürətli sərnişin gəmisi olan və “Titanik”dən daha uzun olan gəmi təxminən 30 il Filadelfiya limanında qalıb.
O, dəniz canlıları üçün yaşayış məkanına, dalğıclar üçün isə turizm məkanına çevriləcək.
1952–1969-cu illərdə fəaliyyət göstərən gəmi ABŞ-ın sabiq prezidentləri Harri Truman, Duayt Eyzenhauer, Con Kennedi və Bill Klinton, eləcə də Marlon Brando, Koko Şanel və Uolt Disney kimi məşhurları gəzdirib.
Gəminin muzeyə və ya üzən hotelə çevrilməsi layihələri baş tutmadığı üçün onu Florida ştatının Okaluza dairəsinin hakimiyyəti satın alıb.
Təmizlənmə və bərpa işlərindən sonra gəmi Alabama ştatından Floridanın Destin sahillərinə aparılıb. Onun xüsusi əməliyyatla, partlayıcı maddələrdən istifadə edilmədən batırılması planlaşdırılır.
Gəminin tarixini əks etdirən muzey isə quruda yaradılacaq.