Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi daxili kommunikasiya şəbəkəsinin fəaliyyətində nasazlıqlar müşahidə edilib.
Gununesi.info xəbər verir ki, qurum əməkdaşlarının məxfi məlumatları paylaşmaq üçün istifadə etdiyi “NSA Net” adlı rabitə sistemində nasazlıq yaranıb. CNN-in məlumatına görə, kəsintinin kiberhücum nəticəsində baş verdiyini təsdiqləyən sübut yoxdur. Nasazlıq səbəbindən kəşfiyyat əməkdaşlarının iş qrafikində də dəyişiklik edilib və mərhələli iş saatları tətbiq olunmağa başlanıb. Qurum hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, ABŞ-də noyabrın 11-dən 17-dək texnologiya, aviasiya, maliyyə və milli təhlükəsizlik sahələrində bir sıra ciddi fasilələr yaşanıb. Altı gün ərzində qeydə alınan altı böyük kəsintinin bir-biri ilə əlaqəli olmadığı, ayrı-ayrı texniki nasazlıqlar və infrastruktur problemlərindən qaynaqlandığı bildirilib.