ABŞ ın müharibə naziri Trampı “sülh prezidenti” adlandırıb

15.10.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Qəzza sektorunda vəziyyətin nizamlanması Donald Trampın “sülh prezidenti” olduğunu dünyaya nümayiş etdirdi.

AZƏTAC xəbər verir ki, bu fikri ABŞ-ın müharibə naziri Pit Heqset səsləndirib.

“Dünya gördü ki, bizim prezidentimiz sülhə can atan, ABŞ-ın yanında olanları dəstəkləyən “sülh prezidentidir””, - deyə Pentaqon rəhbəri vurğulayıb.

O, həmçinin ABŞ liderinin Ukrayna münaqişəsində də analoji nəticə əldə edəcəyinə ümid etdiyini bildirib.

Heqset bəyan edib ki, ABŞ digər NATO ölkələrinin Ukrayna üçün silah alınmasına xərclərini artıracaqlarını gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью