ABŞ ın NATO dakı daimi nümayəndəsi: Ukraynaya 2 milyard dollarlıq silah yardımı göndəriləcək

29.10.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, qarşıdakı aylarda Ukraynaya əlavə 2 milyard dollarlıq hərbi yardım ayrılması gözlənilir.

APA xəbər verir ki, bu barədə amerikalı diplomat Bloomberg-ə müsahibəsində bildirib.
“Yəqin ki, qarşıdakı bir neçə ay ərzində daha 2 milyard dollar və ya ondan da çox məbləğdə yardım ayrılacaq. Bunun çox tezliklə baş verəcəyini gözləyirik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və bu məsələ orada yekunlaşdırılacaq” – Uitaker qeyd edib.

Diplomat əlavə edib ki, 2026-cı ilə keçid dövründə əsas məqsəd Ukraynaya sabit dəstəyin təmin edilməsi olacaq:
“Ukraynanın özünümüdafiəsi üçün həyati əhəmiyyət daşıyan silahların alınmasına lazım olan 12–15 milyard dolların toplanması vacibdir. Bu, ABŞ istehsalı silahlar olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью