ABŞ ın neft ehtiyatları son 44 ilin minimumuna düşdü

23.11.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın Strateji Neft Ehtiyatındakı (SPR) neftin həcmi 20 noyabrda başa çatan həftənin yekunlarına görə 273,5 milyon barelə enib. Bu, 1982-ci ilin avqustundan bəri qeydə alınan ən aşağı göstəricidir.

Modern.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin hesabatına əsasən, ehtiyatın həcmi sonuncu dəfə 27 avqust 1982-ci ildə bundan aşağı olub. Həmin vaxt göstərici 272,6 milyon barel təşkil edib.

Strateji neft ehtiyatı enerji təchizatında fasilələrin qarşısını almaq və böhran zamanı bazarı sabitləşdirmək məqsədi daşıyır.

Nazirliyin son hesabatında ehtiyatların azalmasının səbəbləri, yeni neft alışı və ehtiyatların bərpası ilə bağlı planlar açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью