ABŞ ın raket ehtiyatı tükənir?

06.08.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi sursat ehtiyatlarının kifayət qədər olduğunu və müdafiə sənayesinin görünməmiş istehsal gücünə çatdığını bəyan edib.

O, eyni zamanda məxfi məlumatların mediaya sızdırılmasını “xəyanət” adlandıraraq, buna görə məsul şəxslərin ciddi cəzalandırılacağını bildirib.

Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti yazıb ki, ölkənin, xüsusilə müəyyən növ sursatlardan çox böyük ehtiyatı mövcuddur və ehtiyac yarandıqca yeni sursatlar böyük həcmdə istehsal edilərək silahlı qüvvələrə çatdırılır.

“ABŞ-ın, xüsusilə müəyyən növ sursatlardan çox böyük ehtiyatı var. Bundan əlavə, ehtiyac olduqca böyük həcmdə sursat istehsal olunur və ölkəyə çatdırılır. Müdafiə şirkətləri tariximizdə ən çox sayda zavod və fabrik inşa edirlər”, – deyə Tramp qeyd edib.

Prezident həmçinin son günlər mediada yer alan məxfi hərbi məlumatların yayılmasına sərt reaksiya verib. Onun sözlərinə görə, bu məlumatları sızdıran şəxslər artıq müəyyənləşdirilir və onlar barəsində uzunmüddətli həbs cəzalarının tətbiqi tələb olunacaq.

Tramp bildirib ki, məxfi məlumatların yayılması milli təhlükəsizliyə zərbə vurur və bu cür hallara qarşı prinsipial mövqe nümayiş etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl “Associated Press” agentliyi ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin Prezident Donald Trampa ölkənin raket ehtiyatlarının tükənmək üzrə olduğu barədə məlumat verdiyini yazmışdı. Məlumata görə, bu vəziyyət Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatları genişləndirmək imkanlarını məhdudlaşdıra bilərdi.

Bundan əvvəl “The New York Times” da Tramp administrasiyasının raket ehtiyatlarının sürətlə azalması ilə bağlı narahatlıqlar səbəbindən İrana qarşı mümkün eskalasiyanı təxirə saldığını iddia etmişdi.

Trampın son açıqlaması isə həmin xəbərlərə birbaşa cavab kimi qiymətləndirilir. Prezident ABŞ-ın həm mövcud hərbi ehtiyatlarının kifayət qədər olduğunu, həm də müdafiə sənayesinin ölkə tarixində ən yüksək istehsal gücü ilə fəaliyyət göstərdiyini vurğulayaraq, ordunun döyüş qabiliyyəti ilə bağlı narahatlıqların əsassız olduğunu göstərməyə çalışıb.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью