ABŞ ın Səudiyyəyə F 35 satışı İsraildə narahatlıq yaratdı

20.11.2025

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailli analitiklər bildiriblər ki, ABŞ-ın Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışını təsdiqləməsi İsrailin Yaxın Şərqdə hava üstünlüyünü itirməsi ilə bağlı Təl-Əvivdə narahatlıqlara səbəb olub.
Turkustana.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın gələcəkdə təhvil verilməsi üçün Səudiyyə Ərəbistanına 300 tank və həmçinin F-35-lərin satışını ehtiva edən müqaviləni təsdiqləməsi “Vaşinqtonun gözündə Ər-Riyadı İsraillə bərabər strateji tərəfdaş edib”.
İsrailli ekspertlər tərəfindən yazılan təhlillər, satış qərarının açıqlanmasından sonra ölkənin bölgədəki hava üstünlüyünün gələcəyi ilə bağlı İsraildə sual işarələrinin artdığını vurğuladı.
Təhlillərdə F-35 donanmasının son iki ildə İsrailin Qəzza, Livan, İran və Yəmənə hücumlarında həlledici rol oynadığı da vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью