Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
ABŞ-in Şimali Karolina ştatının yollarında regionu bürüyən güclü qarsəbəbindən həftəsonu 1 000-dən çox yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, bu barədə CBS telekanalı ştatın qubernatoru Coş Steynə istinadən məlumat yayıb.
Nəticədə iki nəfər həlak olub. Ən böyük yol-nəqliyyat hadisəsində təxminən 100 avtomobil toqquşub.
Yerli meteoroloji xidmətin məlumatına görə, Şimali Karolinanın bəzi rayonlarında 15 sm-dən çox qar yağıb ki, bu da həmin ərazilər üçün rekord göstəricidir.
Ayxan
Milli.Az