ABŞ ın strateji neft ehtiyatları 1982 ci ildən bəri ən aşağı səviyyəyə düşüb

14.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ-ın xam neft ehtiyatlarının həcmi 1982-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb.

Bu barədə “Reuters” ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, strateji ehtiyatlardakı neftin həcmi 285 milyon barelə qədər azalıb.

Bu göstərici ABŞ-ın enerji təhlükəsizliyi baxımından əsas ehtiyat mənbələrindən biri hesab olunan neft ehtiyatlarının son onilliklərdəki ən aşağı səviyyəsini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью