ABŞ ın Suriya üzrə xüsusi nümayəndəsi Şaraa ilə İstanbulda görüşdü KONKRET

24.05.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barraq, Suriya Prezidenti Əhməd Əş-Şaraa ilə İstanbulda görüş keçirib. Görüş zamanı əsas diqqət ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması məsələsinə yönəlib.

KONKRET.az xəbər verir ki, Barraq bildirib ki, bu qərar İŞİD-ə qarşı mübarizəni gücləndirməyə və illərlə davam edən müharibədən əziyyət çəkən suriyalıların dəstəklənməsinə xidmət edəcək:

“Biz ABŞ-ın Suriya xalqına ölkələrini yenidən qurmaqda kömək etmək öhdəliyini bir daha təsdiqlədik”.

Görüşdə həmçinin Suriya xarici işlər naziri Əsəd Əş-Şibani də iştirak edib. Tərəflər Prezident Trampın Suriya üçün nəzərdə tutduğu sabit və firavan gələcək planının reallaşdırılması istiqamətində atılacaq addımları müzakirə ediblər.

Natiq Səlim, KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью