ABŞ ın Suriyada qalması üçün bir səbəb yoxdur Fidan

23.01.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın yeni siyasəti regional problemlərdə birbaşa rol almamaq, məsuliyyəti bölgə ölkələrinə verməkdir və bu yanaşma bizim bölgə siyasətimizlə üst-üstə düşür.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

H.Fidan ABŞ-ın bölgədə qalması üçün bir səbəb olmadığını qeyd edib:

“Türkiyənin İŞİD-lə mübarizədəki mövqeyi, Suriyanın ərazi bütövlüyünə verdiyi önəm, azlıqların hüquqları ilə bağlı məsələlələr, bütün bunları nəzərə alanda, ABŞ-ın bölgədə qalması üçün bir səbəb qalmır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью