ABŞ ın sursatı Baydenə görə azalıb Tramp

23.08.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Sursatın az olmasının səbəbi Baydenin Ukraynaya 300 milyard dollar dəyərində yardım etməsidir.

Hurriyyet.Media  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Onlar bunu heç vaxt demək istəmirlər. İndi mən də Ukraynaya yardım edirəm, amma bunun əvəzini ödəməlidirlər. Yəni Avropa Birliyi. Mən Ukraynaya birbaşa vermirəm. Mən bunu Avropa Birliyinə verirəm. Onların pulu var və tam məbləği ödəyirlər. Biz Avropa Birliyinə sursat satırıq, qırıcı təyyarələr satırıq, hər şeyi satırıq və onlar da istədiklərini edirlər. Onlar bunları Ukraynaya verirlər.

Amma Bayden elə rəqəmlərlə silah və sursat verdi ki, bu, həqiqətən də ağlasığmaz idi”, - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью