ABŞ ın təyyarədaşıyan gəmisi digər gəmi ilə toqquşdu

13.02.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harry S.Truman” təyyarədaşıyan gəmisi Misir sahillərində ticarət gəmisi ilə toqquşub.

Axar.az xəbər verir ki, bu barədə “Breaking Defence” portalı məlumat yayıb.

"Toqquşma "Harry S.Truman" (CVN-75) üçün təhlükə yaratmayıb, belə ki, subasma və ya xəsarət alanlar barədə məlumat yoxdur. Gəminin mühərrikləri zədələnməyib, təhlükəsiz və stabil vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır. Əlavə məlumat əldə olunduqca veriləcək", - Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Qorman bildirib.

Qeyd edək ki, hadisə fevralın 12-də Port-Səid ərazisində baş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью