ABŞ ın ticarət kəsiri 2009 cu ildən bəri ən aşağı səviyyədən yüksəlib

29.01.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ticarət kəsiri 2009-cu ildən bəri ən aşağı səviyyədən yüksəlib.

Banco.az xəbər verir ki, ABŞ-də ötən həftə işsizlik müavinətinə müraciətlərin sayında ciddi dəyişiklik qeydə alınmayıb. Bu vəziyyət əmək bazarında müəyyən sabitliyin mövcud olduğuna dair sübutları gücləndirib. ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara əsasən, 24 yanvar tarixində başa çatan həftədə işsizlik müavinəti üçün müraciətlərin sayı 1 min nəfər azalaraq 209 minə düşüb.

“Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuda median proqnoz 205 min səviyyəsində olub. Davam edən müraciətlərin sayı isə əvvəlki həftədə 1,83 milyon nəfərə enib.

Xarici ticarət kəsirinə idxalın təsiri

Bu gün açıqlanan digər məlumatlara görə, idxalın artması və ixracın azalması fonunda xarici ticarət kəsiri 2009-cu ildən bəri ən aşağı səviyyədən yüksəlib.

ABŞ Ticarət Nazirliyinin məlumatına əsasən, mal və xidmətlər üzrə ticarət kəsiri əvvəlki ayla müqayisədə demək olar ki, iki dəfə artaraq 56,8 milyard ABŞ dollarına çatıb.

“Bloomberg”in sorğusunda median proqnoz ticarət kəsirinin 44 milyard ABŞ dolları olacağı istiqamətində idi.

Bu dövrdə idxal 5 faiz artdığı halda, ABŞ-nin ümumi mal və xidmət ixracının dəyəri noyabr ayında 3,6 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью